Orta məktəbdə"Fizika yaradıcılıq gecəsi" keçirilib
BDU-nun Fizika fakültəsi fizika müəllimliyi ixtisasının IV kurs FzM-217-ci qrup tələbələri pedaqoji təcrübə keçdikləri Telman Abbasov adına 225 N-li tam orta məktəbdə fizika fənninin təbliğinə yönəlmiş tədbir keçiriblər. Belə ki tələbələr həmin məktəbin 7-ci sinif şagirdləri ilə birgə "Fizika yaradıcılıq gecəsi" təşkil ediblər. Təcrübə rəhbəri Fizika fakültəsinin Astrofizika kafedrasının dosenti Xıdır Mikayılov tədbirin təşkilində tələbələrə yaxındn köməklik göstərib.
Fizika fakültəsinin tələbələri Nərmin Axundova, Ləman Əliyeva, Aysun Oruclu, Nurgül Əhmədova, Əsmər Ələkbərova, Türkanə Eyvazova , Nərmin Cəfərova, Sevinc Atakişiyeva, Elnarə Musayeva tədbirdə fizika elmini əyləncəli şəkildə təqdim ediblər.Tədbir zamanı şagirdlərin iştirakı ilə fizikinanın digər fənlərlə inteqrasiyası barədə danışılıb, şeir, musiqi səsləndirilib, maraqlı lətifələr söylənilib, müxtəlif təcrübələr nümayiş etdirilib.