Təbrik edirik!
Bu gün Bakı Dövlət Universitetinin Astrofizika kafedrasının müdiri, fizika-riyaziyyat elmləri namizədi, dosent Kəmalə Alışevanın yubileyidir.
Kəmalə İlyas qızı Alışeva 13 oktyabr 1975-ci il-də Bakı şəhərində anadan olub. 1992-1997-ci illərdə Bakı Dövlət Universitetinin Fizika fakültəsində təhsil alıb. Universiteti fizik, fizika müəllimi ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1998-2002-ci illərdə Bakı Dövlət Universiteti-nin dissertantı olub. 2003-cü ildə “Astrofizika” ixtisası üzrə dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini alıb. 2019-cu ildə dosent elmi adını alıb. 2020-ci ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasının elmlər doktoru proqramı üzrə doktoranturaya qəbul olub.
Kəmalə Alışeva 1997-ci ildə Bakı Dövlət Universiteti Astrofizika kafedrasında laboratoriya müdiri, 2006-2015-ci ildə müəllim, 2015-ci ildə dosent vəzifələrində çalışıb. 2019-2021-ci illərdə Astrofizika kafedrasının müdiri vəzifəsini icra edib, 2022-ci ildən Astrofizika kafedrasının müdiridir. Elmi tədqiqat sahəsi Astrofizika və ulduzlar fizikası, nəzəri astrofizika, planetar dumanlıqlar, planetar dumanlıqların əsas parametrlərinin təyini üsullarıdır. 80-dən çox elmi əsərin və 1 dərs vəsaitinin müəllifidir.
Fizika fakültəsi ailəsi olaraq Kəmalə xanımı yubileyi münasibəti ilə səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı və elmi-pedaqoji fəaliyyətində uğurlar arzulayırıq.