ÜMUMİ FİZİKA VƏ FTM KAFEDRASINDA ELMİ SEMİNAR KEÇİRİLİB
31 oktyabr 2023-cü il tarixində Fizika fakültəsi Ümumi Fizika və fizikanın tədrisi metodikası kafedrasında elmi seminar keçirilib. Seminarda kafedranın professoru Nadir Qəhrəmanov “Fiziki idrakda simmetriya prinsipləri ilə saxlanma qanunlarının əlaqəsi” mövzusunda çıxış edib. Məruzəçi qeyd edib ki, araşdırmalara görə simmetriya prinsipləri ilə saxlanma qanunları qarşılıqlı əlaqədədir. Hər bir simmetriya prinsipi müvafiq saxlanma qanununa gətirib çıxarır. Simmetriya real məkanın əsas xarakteristikalarından biridir. Məkanın bircinsliyi və izotropluğu simmetriyanın həndəsi formasına aid xassələrdir. Simmetriya prinsipləri ilə saxlanma qanunlarının əlaqəsindən fundamental fiziki nəzəriyyələrin yaradılması üçün istifadə olunur.
Seminarın sonunda mövzu ətrafında müzakirələr aparılıb və məruzəçi iştirakçıların suallarını cavablandırıb.