Xocalı faciəsinin 32 illiyi ilə bağlı tədbir keçirilib
26 fevral 2024-cü il tarixində Fizika fakültəsində Xocalı faciəsinin 32-ci ildönümü ilə bağlı tədbir keçirilib. Tədbir I kurs FzM257-ci qrupun tələbəsi Tərlanə Manafovanın moderatorluğu ilə baş tutub. Əvvəlcə Xocalı soyqırımının qurbanlarının və torpaqlarımızın azadlğı uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra fakültə dekanı Bəxtiyar Paşayev Xocalı faciəsi, ermənilərin Xocalıda törətdikləri vəhşiliklər barədə, belə hadisələrdən çıxarmalı olduğumuz dərslər barədə danışdı. O, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin apardığı siyasət və ordumuzun rəşadəti sayəsində işğal altında olmuş bütün torpaqlarımızın, o cümlədən Xocalının azad edildiyini çatdıraraq, faciə qurbanlarının ruhunun rahatlıq tapdığını bildirdi. FzM 255-ci qrupun tələbəsi Mirhüseyn Səlimov videoçarxın müşaiyəti ilə Xocalı hadisələri barədə məlumatı təqdim etdi. Fakültə THİK sədri Xocalı faciəsinə həsr olunmuş şer söylədi. Sonda videoçarx nümayiş olundu.