Yarımkeçiricilər fizikası kafedrasında elmi seminar keçirilib
27 oktyabr 2023-cü il tarixində Fizika fakültəsi Yarımkeçiricilər fizikası kafedrasında elmi seminar keçirilib. Seminarda kafedra müdiri professor Vaqif Salmanov “Lazerlər fizikasının son nailiyyətləri” mövzusunda məruzə ilə çıxış edib. O, müasir femta (10-15 san.) və atto (10-18 san.) saniyəli lazerlərin fiziki əsasları və işləmə prinsipi haqqında məlumat verib. Attosaniyəli lazer impulsları ilə atom daxilindəki elektronların dinamikasının dəyişməsini qeyd edib. Məruzəçi həmçinin, qeyri-xətti optikada tətbiq olunan Harmonikaların generasiyası, Çoxfotonlu optik udulma və İkişüalı lazer spektroskopiyası haqqında son məlumatları diqqətə çatdırıb.
Seminarın sonunda iştirakçıların sualları cavablandırılıb.