Yarımkeçiricilər fizikası kafedrasında elmi seminar keçirilib
18 Fevral 2026 14:16

12 fevral 2026-cı il tarixində Fizika fakültəsinin Yarımkeçiricilər fizikası kafedrasının növbəti elmi seminarında kafedranın müəllimi Fidan Əhmədova “GaSe–Ge heterostrukturunun xarakteristikaları” mövzusunda çıxış edib. Məruzəçi GaSe–Ge heterostrukturunun heterokeçidin fiziki mexanizmləri barədə məlumat tqədim edib. Təqdimat zamanı aparılmış fotokeçiricilik tədqiqatlarının nəticələri analiz edilib. Alınan nəticələr əsasında bu heterostrukturun yüksək fotohəssaslıq nümayiş etdirdiyi göstərilib. Sonda materialın fotodetektor və digər optoelektronik qurğular üçün perspektivli olduğu qeyd edilib.
Son XƏBƏRLƏR
23.10.2026 | 17:20
Fizika fakültəsi Tələbə Elmi Cəmiyyətinin elmi seminarı keçirilib
18.10.2026 | 09:48
Təbrik edirik!
16.10.2026 | 15:54
Elmi seminarda müasir smart texnologiyaları və onların tətbiq sahələri
15.10.2026 | 14:21