Yarımkeçiricilər fizikası kafedrasında növbəti elmi seminar
22 may 2025-ci il tarixində Yarımkeçiricilər fizikası kafedrasının növbəti elmi seminarı keçirilib. Seminarda kafedranın professoru Əli Hüseynov “ bərk məhlullarında zona quruluşunun xüsusiyyətləri” mövzusunda məruzə edib. Məruzəçi bildirib ki, telekommunikasiya qovşağında istifadə olunan yüksək tezlikli fotodetektorların effektivliyini artırmaq və ekoloji təhlükəsizliyini azaltmaq məqsədilə yarımkeçiricilər fizikası kafesdrasında sintez edilmiş Ga1-xBxSe kristallarının enerji zona diaqramının parametrlərini müəyyən etmək məqsədilə fotoelektrik və optik xassələr tədqiq edilmişdir. Müəyyən edilmişdir ki, fotocərəyanın nanosaniyəli rekombinasiyası zona-zona keçidləri nəticəsində baş verir və kristallar əsasında hazırlanmış fotorezistorlar telekommunikasiyada müvəffəqiyyətlə tətbiq oluna bilər.