Yarımkeçiricilər fizikası kafedrasının elmi seminarı keçirilib
1 mart 2024-cü il tarixində Fizika fakültəsi Yarımkeçiricilər fizikası kafedrasının elmi seminarında kafedranın doktorantı Məmmədova Turanə Akif qızı
“Lazer ablyasiyası üsulu ilə metal (Ga,İn,Cd) halkogenidlərin (Se,S,Te) nanozərrəciklərinin alınması və optik xassələri” mövzusunda məruzə ilə çıxış edib.
O qeyd edib ki, tədqiqatlarda A2B6 və A3B6 nanozərrəciklərinin lazer ablyasiya üsulu ilə alınması ilə məşğul olub. Müasir tədqiqat üsulları olan XRD, SEM, AFM, EDAX vasitəsilə alınmış nanozərrəciklərin struktur analizi və səth morfologiyası öyrənilib. A2B6 və A3B6 nanozərrəciklərinin optik udma və lüminessensiya spektrləri lazer şüalarının 2-ci harmonikası vasitəsilə ölçülüb və nanozərrəciklərin qadağan olunmuş zolağının eninin həcmi kristallara nəzərən əhəmiyyətli dərəcədə artması müşahidə olunub. İnSe nanozərrəciklərində lazer şüalarının generasiyası hadisəsi aşkar edilib.