Yarımkeçiricilər fizikası kafedrasının elmi seminarı keçirilib

07 yanvar 2026-cı il tarixində Fizika fakültəsi Yarımkeçiricilər fizikası kafedrasının elmi seminarı keçirilib. Seminarda kafedranın elmlər doktoru proqarmı üzrə doktorantı Aytən Əliyeva “Lazer ablyasiyası üsulu ilə sintez edilmiş yeni kompozit materiallar” mövzusunda məruzə edib. Məruzəçi qeyd edib ki, Lazer ablyasiyası üsulu ilə çoxlaylı nanoboru və selenid qallium əsasında yeni nanokompozit material sintez edilmişdir. Alınmış nanokompozitlərin quruluşu və morfologiyası rentgenstruktur analizi və atom-qüvvə mikroskopu vasitəsilə öyrənilmişdir. Lazer şüaları vasitəsilə onların udma və lüminessensiya spektrləri təcrübi olaraq ölçülmüşdür.
Seminarın sonunda suallar cavablandırılıb və müzakirələr aparılıb.