Yarımkeçiricilər fizikası kafedrasının elmi seminarı keçirilib
29 may 2024 cü il tarixində Fizika fakültəsi Yarımkeçiricilər fizikası kafedrasının elmi seminarı keçirilib. Elmi seminarda kafedranın doktorantı Balayeva Lamiyə Azər qızı “Ga(1-x)BxSe bərk məhlullarında qeyri-tarazlıqlı elektron hadisələri” adlı məruzə ilə çıxış edib.
O, qeyd edib ki, Ga(1-x)BxSe bərk məhlullarının borun (B) müxtəlif faiz nisbətlərində polikristallarının yetişdirilməsi, alınmış polikristallar əsasında monokristalların alınması ilə məşğul olub. Müasir tədqiqat üsulları olan XRD, SEM, AFM, EDX vasitəsilə alınmış kristalların struktur analizi və səth morfologiyası öyrənilib. Ga(1-x)BxSe bərk məhlullarının borun müxtəlif faiz nisbətlərində alınmış polikristallarının fotoelektrik xassələri tədqiq olunub və kristalların qadağan olunmuş zolağının eninin GaSe kristalına nəzərən əhəmiyyətli dərəcədə azalması müşahidə olunub.