Yarımkeçiricilər fizikası kafedrasının elmi seminarı keçirilib
29 fevral 2024 cü il tarixində Fizika fakültəsi Yarımkeçiricilər fizikası kafedrasının elmi seminarı keçirilib. Elmi seminarda kafedranın doktorantı Əliyeva Aytən Mövsüm qızı “Karbon nanoboruları və laylı yarımkeçiricilər əsasında kompozit strukturların alınması və onların fiziki xassələrinin tədqiqi” adlı məruzə ilə çıxış edib.
O, qeyd edib ki, karbоn nanoboruların (KNB) kəşfindən qısa müddət keçməsinə baхmayaraq, artıq оnların tətbiqi üçün bir sıra perspektivli sahələr müəyyən edilib. Digər tətbiq istiqamətləri NB-nın və karbоn liflərinin хassələrinin yaхınlığına əsaslanır. Bu, məsələn, yüksək davamlılığa malik kоmpоzitlər və litium batareyalarıdır. Bununla belə nanoboruların özlərinin unikal хassələri ilə bağlı geniş çeşiddə xüsusi istifadə sahələri də mövcuddur və günbəgün artmaqdadır. Bunlar, yarımkeçirici cihazlar, sahə emitterləri, tunel mikrоskоplarının zоndları, “kvant telləri” və bir çox digərləridir.
GaS/GaSe heterokeçidində Nd:YAG lazerinin təsiri ilə qeyri-xətti optik optik udma hadisəsi müşahidə edilib. Göstərilib ki, çoxlaylı yarımkeçiricinin nazik təbəqələrinin qadağan olunmuş zolağının enini , təbəqələrin qalınlığını və aşqar səviyyələrin təbiətini çoxfononlu udma hadisəsi ilə izah etmək mümkündür.
Karbon nanoboru Nd:YAG lazerinin 1-ci harmonikası (λ=1060 nm) ilə sintez olunub. Göstərilib ki, alınan nanozərrəciklərin lüminessensiya spektrinin maksimumu λ=1090 nm-ə uyğun gəlir. Hazırda karbon nanoboruların rentgen difraksiya üsulu ilə quruluşunun öyrənilməsi davam edir.