“Yer silkələnir, hazırsanmı?” mövzusunda interaktiv maarifləndirici tədbir
“BDU könüllüləri” təşkilatı Fizika və Geologiya fakültələrinin könüllülərinin birgə təşkilatçılığı ilə “Yer silkələnir, hazırsanmı?” mövzusunda interaktiv maarifləndirici tədbir təşkil olunub.
Tədbirin açılışında Geologiya fakültəsi üzrə könüllülərin sədri Ülvi Ağaliyev və Fizika fakültəsi üzrə könüllülərin sədri Aydan Rüstəmli iştirakçıları salamlayaraq tədbirin əhəmiyyətindən danışıblar.
Ülvi Ağaliyev, həmçinin geofizika elmi haqqında geniş təqdimatla çıxış edərək bu sahənin zəlzələlərin öyrənilməsində və proqnozlaşdırılmasında oynadığı rolu vurğulayıb. O, Yer kürəsinin fiziki sahələri, onların ölçülməsi və bu biliklərin seysmik risklərin qiymətləndirilməsində istifadəsi barədə ətraflı məlumat verib.
Sonda tədbir iştirakçıları arasında Kahoot platforması üzərindən maarifləndirici viktorina keçirilib və qaliblər mükafatlandırılıb.