Zəfər Günü ilə bağlı tədbir keçirilib
Bu gün, 07 noyabr tarixində Fizika fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə “8 noyabr – Zəfər Günü” ilə bağlı tədbir keçirilib. Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra tədbir iştirakçıları Azərbaycan Respublikasının Dövlət Himnini səsləndiriblər. Tədbirdə Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev çıxış edib. O, Zəfər Gününün Azərbaycan tarixinin ən dəyərli bayramlarından biri olduğunu qeyd edib, həmin Zəfərə gedən yolun çətinliklərindən, xalqımızın başına gətirilən faciələrdən, torpaqlarımızın azadlığı üçün Ali Baş Komandan İlham Əliyev tərəfindən son 20 il ərzində həyata keçirilmiş işlərdən, 44 günlük II Qrabağ savaşı zamanı cənab Prezidentin fədakar fəaliyyətindən danışıb. IV kurs tələbəsi Yaxşıxanım Hüseynova torpaqlarımızın işğalı və işğaldan azad olunma dövrlərinə aid tarixi hadisələri işıqlandırıb. I kurs tələbəsi Cövhər Müseyibova Zəfər Gününə həsr olunmuş şer söyləyib. Sonda Fakültə THİK tərəfindən torpaqlarımızın işğalının və azad olunmasının xronikasını, qələbəmizi, Suverenliyimizin bərpasını, cənab Prezidentin Xankəndidə bayrağımızı ucaltmasını əks etdirən video-çarx iştirakçılara təqdim olunub