Dissertasiya işinin müzakirəsi keçirilib
31 oktyabr 2022-ci ildə BDU-nun Fizika fakültəsinin "Yarımkeçiricilər fizikası" kafedrasının doktorantı Cəfərli Rüfər Seydi oğlunun BDU-nun nəzdində fəaliyyət göstərən BFD 2.19 Dissertasiya şurasının Elmi Seminarında 2222.01 – “Nanoquruluşların fizikası və texnologiyası” ixtisası üzrə “ZnS əsaslı nanoquruluşlu materialların optik və fotoelektrik xassələri” mövzusunda dissertasiya işinin müzakirəsi keçirilib. Dissertasiya Şurasının Elmi Seminarının sədri Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, f.-r.e.d., prof. Oktay Qasımov iclası açıq elan edərək 7 nəfər Seminar üzvündən 6 nəfər iştirak etdiyinə görə Elmi Seminarın iclasının açıq elan etdi. Rüfət Cəfərli dissertasiya işinin aktuallığı, məqsədi, tədqiqat metodları, əsas elmi nəticələri haqqında iclas iştirakçılarına məruzə etdi. Rəyçilər “Optika və molekulyar fizika” kafedrasının professoru, fizika-riyaziyyat elmləri doktoru Rasim Məmmədov, Fizika İnstitutunun “Bərk cisim elektronikası” laboratoriyasının aparıcı elmi işçisi, fizika elmlər doktoru, professor Mayıl Tağıyev dissertasiya işinin mövzusunun aktuallığı, aparılmış tədqiqatların praktik əhəmiyyəti, alınmış nəticələrin dürüstlüyü haqqında müsbət rəylərini, irad və təkliflərini səsləndirdilər. İddiaçı rəyçilərin iradlarına münasibət bildirdi və iclas iştirakçılarının suallarını cavablandırdı. Açıq səsvermə keçirildi və iclas iştirakçıları Rüfət Cəfərlinin fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almağa layiq olduğuna dair yekdilliklə səs verdilər.
Qərar qəbul olundu ki, Cəfərli Rüfət Seydi oğlunun fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “ZnS əsaslı nanoquruluşlu materialların optik və fotoelektrik xassələri” mövzusunda dissertasiya işi mövzusunun aktuallığına, məzmununa, alınmış nəticələrin elmi yeniliyinə və praktiki əhəmiyyətinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələblərinə tam cavab verir və onun müəllifi 2222.01 – “Nanoquruluşların fizikası və texnologiyası” ixtisasında fizika elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi almağa layiqdir. Dissertasiya işini Dissertasiya Şurasında müdafiəyə təqdim etmək olar.