Elmi seminarda nanokompozitlərin elektret xassələri müzakirə olunub
05 dekabr 2023-cü il tarixində Fizika fakültəsi Nanomaterialların kimyəvi fizikası kafedrasının elmi seminarı keçirilib. Seminarda dosent Hicran İbrahimova “PP+ZrO2 nanokompozitlərinin elektret xassələri” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi qeyd edib ki, təqdim olunan tədqiqat işində müxtəlıf kristallaşma rejimlərində alınmış izotaktik polipropilen (PP) və metaloksid nanoəlavəsındən (ZrO2 ) hazırlanmış kompozitlərin nanohissəciyin həcmi miqdarından və müxtəlıf növ xarıcı təsirlərdən sonra electret hallarında baş verən dəyişikliklər öyrənilib. Elektret – dielektrikin polyarlaşmasını (və yaxud yüklənməsini) yaradan xarici təsiri götürdükdən sonra polyarlaşma vəziyyətinin uzun müddət saxlayan və ətraf fəzada kvazisabit elektrik sahəsi yaradan dielektrikə deyilir. Polimerlər elektret materialları kimi müasir elm və texnikada geniş tətbiq olunur. Polimer elektrertlərdən mexaniki, elektrik, akustik ceviricilərdə, yaddaş qurgularında, elektrik mühərriklərində, qeneratorlarda element kimi, sürtünmə oblastlarında, filtr və membranlarda, korroziyа əleyhinə konstruksiyalarda, tibbdə geniş istifadə edilir. Son illərdə elektret polimer kompozitlərindən maşın hissələrindəki detalların korroziyadan qorunmasında, hermetik birləşmələrində və sürtünmə hissələrinin triboelektrik xassələrinin artırılmasında istifadə edilir. Bu cihazların əsas üstünlüyü onlarda daxili müqavimətin böyük olması və əlavə qidalanma mənbəyinin olmamasıdır. Bu xüsusuyyət cihazin ölcü və cəkisinin az olmasını təmin edir. Belə perespektiv sahənin daha da inkişafı ücün yüksək sıxlıqlı yükə və bu yükü saxlamaq qabiliyyətinə malik yeni elektret materialları almaq lazımdır. Bu səbəbdən də müasir kondensə olunmuş hal fizikasında əsas məsələlərdən biri elektrik yüklərini daha cox saxlamaq qabiliyyətinə malik polimerlərin alınmasıdır. Müəyyən olunub ki, polimerlərin müxtəlıf maddələrlə, o cümlədən metaloksidlərlə modifikasiyası zamanı yüksək sıxlıqlı və stabil yük saxlamaq qabiliyyətli elektretlər alınır. Seminarda aparılan tədqiqatlar zamanı nanokompozitlərin müxtəlıf təsirlərdən sonra elektret hallarında baş verən dəyişikliklərdən danışılıb, elektret halını xarakterizə edən paramertlər gösrərilib. Həmcinin, kompozitlərin üstmolekulyar quruluşunun dəyişilməsinin bu paramertlərə təsiri açıqlanıb.
Seminarın sonunda mövzu üzrə müzakirə aparılıb, suallar cavablandırılıb.