Fizika fakültəsində elmi seminar keçirilib
17 oktyabr 2023-cü il tarixində Fizika fakültəsinin “Optika və molekulyar fizika” kafedrasında növbəti elmi seminar keçirilib. Seminarda kafedranın elmlər doktoru proqramı üzrə doktorantı, dosent Nəzakət Kərimli “Tibbi və bioloji proseslərin tədqiqində qeyri-xətti optik metodlar” mövzusunda məruzə edib.
Məruzədə bioloji obyektlərin və proseslərin öyrənilməsində istifadə olunan geyri-xətti metodların – multifoton həyəcanlanma flüoresensiya, ikinci harmoniyanın generasiyası, cəm tezlikli dalğanın generasiyası, koherent anti-Stoks komponentinin generasiyası və məcburi Raman səpilməsi kimi qeyri-xətti proseslərə əsaslanan metodların üstünlükləri və çatışmayan cəhətləri müqayisəli təhlil olunub. Göstərilib ki, Multifoton həyəcanlanma flüoresensiya, ikinci harmoniyanın generasiyasına əsaslanan üsullarda müxtəlif təsvirlər alınsa da, maddənin molekulyar quruluşu və kimyəvi xüsusiyyətləri haqqunda informasiya itmiş olur. Koherent anti-Stoks komponentinin generasiyası və məcburi Raman səpilməsi kimi qeyri-xətti proseslərə əsaslanan üsullarda isə həm kimyəvi tərkiblər haqqında tam məlumat almaq olur, həm də yüksək həssaslıqļa prosesin araşdıılmasına nail olmaq olur.
İșin aktuallığı onunla bağlıdır ki, kollagen hüceyrə xarici matrisin əsas strukturlarından olduğu üçün bu strukturların quruluşu, oriyentasiyası, digər strukturlarla qarşılıqlı təsiri, konformasiyası və dinamilkasınun öyrənilməsi toxuma mühəndisliyi və regenerativ tibbin prioritet məsələlərindəndir. Digər lifli strukturların, məsələn amloidlərin öyrənilməsi şəkərli diabet, Alzheimer va Parkinson xəstəliklərinin inkişafinı tədqiq etmək baxımından, yeni dərman maddələrinin və biomarkerlərin hazırlanması üçün əhəmiyyətlidir. Məlum X-Ray fotoelektronspektroskopiyada belə tədqiqatlatlar yüksək vakuum şəraitində aparıla bilər. Qeyri-xətti optik metodlarda isə nümunə öz bioloji mühitində öyrənilə bilir. Yer üzündə ən vacib olan su molekulları da cəm tezlikli dalğanın generasiyası prosesinə istinadən araşdırıla bilir. Məruzəçi qeyd edib ki, qeyri-xətti effektlər güclü lazer şüasınn biloji mühitlə qarşılıqlı təsiri zamanı mühitin qeyri-xətti qavrayıcılıq dərəcələri ilə mütənasib olaraq baş verir. Müəyyən istiqamətlərdə yaranan signalların detektə olunması tədqiq olunan struktur haqqında tam məlumat verir.
Məruzədə həmçinin koherent anti-Stoks səpilməsi, tezliyin çevrilmə effektivliyi və stoks dalğasının spektral sıxlığı üçün iki fərqli metodla alınan analitik ifadə təqdim olunub. Bu metodlardan birində dalğalar arasında faza münasibəti nəzərə alınmayıb, digərində isə qarşılıql təsirdə olan dalğalar arasında faza münasibəti də nəzərə alınıb. Məsələnin optimal parametrləri üçün konkret qiymətlər təqdim olunub, məsələnin qrafik təhlili və məlum digər metodlarla müqayisəsi verilib.
Sonda məruzə ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb.