Fiziki elektronika kafedrasının elmi seminarı keçirilib
27 dekabr 2024-cü il tarixində Fizika fakültəsi Fiziki elektronika kafedrasının elmi seminarında kafedranın dosenti Mustafa Ağayev “Stabilitron, iş prinsipi, VAX-sı. Barretter iş prinsipi, VAX-sı və dövrəyə qoşulma sxem” mövzusunda çıxış edib. Məruzəçi qeyd edib ki, təbiətdə və texnikada geniş yayılmış fiziki hadisələr sinfinə aid olan və əsas xassələri strimer və Taunsend mexanizmi çərçivəsinə sığışmayan uzun boşalma aralığında deşilmə prosesinin öyrənilməsi böyük maraq kəsb edir. Belə deşilmədə qazlarda ionlaşma cəbhəsinin hərəkəti baş verir. Müxtəlif illərdə tədqiqatçılar qazda elektrik boşalmasının yaranma mexanizmini müxtəlif fərziyələrlə izah etməyə çalışmışlar. Tomson işıqlanma cəbhəsinin yayılma sürəti, işıq sürətinin yarısına bərabər olan sürətə yaxın qiymət ala bilməsini söyləmişdi. Bime işıqlanma cəbhəsini öyrənərkən göstərdi ki, deşilmə dalğası, elektrodlara tətbiq edilən gərginliyin işarəsindən asılı olmayaraq həmişə potensialı ikinci elektroda nisbətən böyük olan elektroddan hərəkət edir. İlkin vaxtlarda boşalma borusunun divarlarının boşalmanın inkişafına təsiri nəzərə alınmırdı. Lakin sonralar aparılan tədqiqatlardan məlum olundu ki, divarlar boşalma hadisəsinin inkişafında həlledici rol oynayır. Sonralar tədqiqatcılar belə bir ideya irəli sürdülər ki, elektron mövcud olduğu vaxt ərzində boru boyunca borunun diametrindən çox hərəkət edə bilməz. Yənı elektron borunun boyunca hərəkət etməzdən əvvəl borunun divarına düşür. Lakin onlar da, qazın həcmində və katodun səthində fotoionlaşma nəticəsində yaranan yüklü hissəçiklərin rolunu, və əmsallarını sabit qəbul edərək, boşalma aralığındakı fəza yüklərinin yaranmasını və onların sahəni təhrif etməsini nəzərə almamışlar. Uzun müddət aparılmış tədqiqatlardan müəyyən olundu ki, deşilmənin yaranması üçün borunun uzunluğu boyunca aparıcı sahənin müvcudluğu zəruridir. Hətda elektronların statik sahəsi , belə aparıcı sahə ola bilməz. Boşalmanın inkişafına divarların təsiri nəticəsində daxildəki statik sahə borunun formasından asılı olmur, alışma tamamilə borunun formasından asılı olmayaraq baş verir. Spivak və Stolyarovun aparıcı sahə haqqındakı təsəvvürlərinə görə katodun yaxınlığından başlayaraq tədricən borunun divarları yüklənir və bunun nəticəsində elektronları katoddan uzaqlara getməyə məcbur edən eninə elektrik sahəsi yaranır.
Uzun borularda deşilmə təkcə hər iki elektrodda gərginlik tətbiq edildiyi zaman deyil, həm də elektrodların hər birinə ayrı – ayrılıqda gərginlik tətbiq edildiyi zaman da baş verə bilər.