“Ümumi fizika və fizikanın tədrisi metodikası” kafedrasının elmi seminarı keçirilib
28 aprel 2023-cü il tarixində Fizika fakültəsi “Ümumi fizika və fizikanın tədrisi metodikası” kafedrasının növbəti elmi seminarında “Kvant elektronikası” ixtisaslaşması üzrə 2-ci kurs magistrantların məruzələri dinlənilib. Seminarda ilk olaraq, kafedranın ikinci kurs magistrantı Lamiə Məmmədli (elmi rəhbər Nadir Qəhrəmanov) “Ge-Si bərk məhlullarının monokristallarının silindirik qidalanfırıcı xəlitənin tətbiqi ilə alnması” mövzusunda dissertasi işi haqqında məruzə edib. Məruzəçi güclü seqrasiyaya malik olan binar bərk məhlulların silindrik həndəsi quruluşa və tələb olunan tərkib paylanmasına malik qidalandırıcı xəlitələrinin və Ge-Si bərk məhlullarının putadan dartmaqla müxtəlif tərkib paylanmasına malik olan monokristallarının alınması üsulları barədə məlumat verib. Qeyd edib ki, bu üsullar kəsilməzlik tənliyinin təcrübə şəraitinə uyğun başlanğıc və sərhəd şərtləri daxilində həllinə görə öyrənilib. Həm qidalandırıcının, həm də yetişdirilmiş monokristal boyunca tərkibin paylanma qanunu ikinci komponentin maddə selinin kəsilməzlik diferensial tənliyinin həllindən alınıb. Bu asılılıqlar paylanma əmsalının həm k>1, həm də k<1 halları üçün hesablanıb.
2-ci kurs magistrant Mədinə Əlizadə (elmi rəhbər Arif Orucov) “Qrafit monotəbəqəsi ilə örtülmüş reniumun səthində kalium atomları ilə CsCl molekullarının birgə adsorbsiyası” mövzusunda dissertasiya işi baradə məruzə edib. O qeyd edib ki, aparılan tətqiqatlarda Re (1010) üzü alınıb və onun çıxış işinin 5,12 eV olduğu təyin edilib. Karbon monolayı ilə örtülmüş Reniumun səthi alınıb və onun çıxış işinin 4,6 eV olduğu müəyyənləşdirilib. Karbon atomları və CsCl molekulları seli təyin olunub. Nəhayət karbon monolayı ilə örtülmüş renium səthində K atomlarının CsCl molekullarının dissosiasiyasına təsiri öyrənilib.
2-ci kurs magistrantı Aytac Rzayeva (elmi rəhbər Cabbar Cabbarov) “Lantanoid atomları ilə aktivləşdirilmiş (x: 0,01; 0,03; 0,05) birləşmələrinin lüminessensiya xassələri” mövzusunda dissertasiya işi haqqında məruzə edib. Müəyyən edilib ki, müxtəlif tərkibli TlIn1-xDyxSe2 ( bərk məhlul kristalları ilkin TlInSe2 birləşmələri kimi tetraqonal sinqoniyada kristallaşırlar. Bərk məhlulların elementar qəfəs parametrləri tərkibində Dy atomlarının nisbi miqdarı artdıqca tərkiblərin qadağan olunmuş zonanın eni, yükdaşıyıcıların konsentrasiyası və yükdaşıyıcıların yürüklüyü dəyişir. Keçiriciliyin temperatur asılılığının yüksək temperatur intervalında qadağan olunmuş zonanın eni təyin olunub və müəyyən edilib ki, tərkibdə Dy atomlarının artması ilə nümunənin məxsusi keçiricilik oblastına uyğun qadağan olunmuş zolağın eni azalır və deşiklərin konsentrasiyası artır. Tədqiq olunan TlIn1-xDyxSe2 kristalında 80-550 K temperatur intervalında fononların səpilməsində əsas rolu üçfononlu keçid U-proseslərlə yanaşı normal proseslər (N-proseslər) və nöqtəvi defektlərdən səpilmələr aktiv rol oynayırlar.
2-ci kurs magistrantı Çiçək Cumayeva “Seqnetoelektrik xassəli üçqat birləşməsinin alınması və elektrik xassələrinin tədqiqi” mövzusunda dissertasiya işi barədə məruzə edib. İşdə,TlInS2 kristallarının alınması və elektrik, dielektrik xüsusiyyətlərinin mexanizmləri müəyyənləşdirilib.TlInS2 kristalları AIIIBIIICVI2 ümumi formulda birləşən laylı yarımkeçiricilər sinifinə daxildir. Müvafiq texnoloji rejim seçməklə,TlInS2 kristallarının sintezi və monokristallarının yetişdirilməsinə baxılıb. TlInS2 kristallarının geniş temperatur (100-450 K) və tezlik (20-106 Hz) intervalında sıçrayışlı keçiriciliyi təyin edilib. TlInS2 kristallarının sahə təsiri altında cərəyan sıxlığının və Pul-Frenkel effektinin tədqiqinə, superion keçiriciliyinin tədqiqinə baxılıb.
Məruzəçilər seminar iştirakçılarının suallarını cavablandırıb. Hər bir məruzə üzrə müzakirələr aparılıb, iştirakçılar dissertasiya işinin yekunlaşdırılması və tərtibatı istiqamətində dəyərli tövsiyələr veriblər.